Qısa məzmun
Titan group İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Funksional öhdəliklər:
- Açıq vakansiyaları A-dan Z-yə qədər tam təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
- İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək
- Vakansiya üzrə işə qəbul prosesinin öncədən planını tərtib edib, rəhbərliyə və vakansiya olan müvafiq şöbəyə yönləndirmək
- Namizədlərlə ilkin müsahibələr keçirmək
- Namizədlər üçün imtahan təşkil etmək
- Daxildə olan işçilər üçün attestasiyalar və klassifikasiya imtahanlarını təşkil etmək üçün plan tərtibi və icrası
- İşə qəbul olunan şəxsin iş təcrübəsini yoxlamaq
- Uyğun namizədlərin əvvəl işlədiyi yerlərlə əlaqə saxlayıb, işçinin iş keçmişi ilə tanış olub, sənədləşdirmək və rəhbərə təqdim etmək
- İşçilərin axtarılmasınnı təkcə axtarış portalları deyil, universitetlər, kolleclər, peşə təhsil müəssisələrinin məzunları üzrə axtarış aparmaqla icra etmək
- İşə düzəltmə şirkətləri ilə əməkdaşlıqların təşkili
- Vakansiya elan edilməzdən öncə həmin şəxsin icra edəcəyi işləri təhlil edib, funksional öhdəlikləri tərtib etmək
- Hesabat formalarının hazırlanmasında iştirak
- İşçilərin işə qəbul, işdən çıxma proseslərini ERP proqrama işləmək
- Tələb olunan bütün sənədləri İnsan Resursları Administrasiya şöbəsinə göndərir
- Seçilmiş namizədlər haqqında ilkin maillərı yazır
- İşçilərin iş planlarının tərtibində yaxından iştirak etmək
Əsas tələblər:
- Ali təhsil (Biznesin İdarə edilməsi, İnsan Resurslarının İdarə edilməsi, Psixologiya,Sosiologiya, Heyətin idarə olunması, Menecment ixtisasları üzrə ali, ixtisasartıma təhsili üstünlükdür)
Təcrübə:
- İşə qəbul üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi
- Professional biliklər:
- MS Office (MS Word, MS Excel)
- Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı
- Professional bacarıqlar və kompetensiyalar:
- Xoş ünsiyyət
- Detallara diqqət və nəticə yönumlülük
- Zamanın idarəolunması
- Əmək haqqı: 800 AZN
- QEYD: ERP proqramın öyrənilməsi üçün resurslar təqdim olunacaq.
- Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
- İş günü: Bazar ertəsi-Cümə
- İş saatları: 09:00-18:00
- İş ünvanı: Babək prospekti 22 (AG Oil ilə üzbəüz, İstikbal mebelin yanı)
Oxşar vakansiya siyahısı:
600₼
İnsan resursları üzrə mütəxəssisSeylab İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...