Qısa məzmun
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies İşə Qəbul üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində) ;
- Yaş: 23-35;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
- Kollektiv və işçiheyəti ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək
- Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
- Uğurlu namizədlərlə bağlı referansların alınması;
- Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
- Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
- Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar ilə təmin edilmə;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Şənbə və Bazar istirahət günü;
- İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında) ;
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İşə qəbul üzrə mütəxəssis ” yazaraq vusala.racabova@inci.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...