Qısa məzmun
Kontakt Home İşə qəbul və talantların idarə olunması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin brendini tanıtmaq və İR tədbirlərində şirkəti təmsil etmək. Əmək yarmarkalarında, universitet karyera günlərində, konfranslarda və digər İR tədbirlərində iştirak edərək şirkəti təmsil etmək;
- Mövcud vakansiyaları təhlil etmək, vakant vəzifələrə elan materialını hazırlamaq, şirkətdaxili və şirkətxarici vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsini təmin etmək;
- Daxil olan CV müraciətlərini vəzifə tələbləri üzrə əvvəlcədən yoxlamaq və potensial namizədləri siyahıya almaq;
- İşçi qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılmasını təmin etmək.
- İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatlar hazırlamaq;
- İşə götürmə agentlikləri ilə tərəfdaşlıq qurmaq. Talant bazarı ilə yaxından tanış olmaq;
- İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
- Şirkətin namizəd bazasını yeniləmək və genişləndirmək.
Tələblər:
- Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
- İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
- Həm daxili, həm də xarici talantların cəlb olunması vəzifəsində 1 ildən 3 ilə qədər təcrübə;
- CIPD, SHRM və digər sertifikatlar əlavə üstünlükdür;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- İngilis dili biliyi üstünlükdür;
- MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, PP, Word);
- Güclü ünsiyyət bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Nəticə yönümlü.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Müraciət üçün linkə daxil olun: https://qlor.me/kvam78ym
Oxşar vakansiya siyahısı:
700 — 1000 ₼
Korporativ Satış TəmsilçisiPRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...