Qısa məzmun
Kontakt Home İşə qəbul üzrə mütəxəssis (Recruiter) vəzifəsi üzrə vakansiya elan edir. Ingilis dilini bilməsi arzu olunandır.
Vəzifə öhdəlikləri:
- Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
- Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
- Gündəlik müsahibə cədvəlinin aparılması;
- Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
- Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın verilməsi;
- Müsahibə nəticələrinin qeydiyyatının aparılması;
- İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
- İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
- Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
- Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan Resursları sahəsində iş təcrübəsi, o cümlədən işə qəbul müsahibələrinin aparılmasında təcrübə – 1 ildən artıq;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
- Word, Excel və Outlook proqramlarını yüksək səviyyədə bilməli;
Şəxsi keyfiyyətlər:
- Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.
İş şəraiti:
- İş günləri: I-V günlər
- İş saatı: 09:00-18:00
- Rəqabət qabiliyyətli əmək haqqı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kszt8237
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...