Qısa məzmun
AGRO – WEST DC LLC İşə Qəbul üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (İnsan resursları, İqtisadiyyat, Beynəlxalq ələqalər, Menecment istiqamətləri üzrə təhsil)
- Yaş: 25-35;
- Dil biliyi: Rus/İngilis;
- Cins: Bəy namizədlər
- AR Əmək Məcəlləsi üzrə biliklər;
- “ƏMAS – Əmək və Məşğulluq” altsistemi üzrə biliklər;
- MS Office proqramlarından sərbəst istifadə;
- Yüksək ünsiyyət qabiliyyəti;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzi.
Vəzifə öhdəlikləri:
- İşə Qəbul üzrə minimum 2 il təcrübəsi olmalı;
- Bütün işə qəbul proseslərini həyata keçirtmək;
- Vakansiyalar ilə bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, məlumat bazasında qeydləri aparmaq;
- Vakansiyalar üzrə uyğun namizədlərin seçilməsi,ilkin müsahibələrin təşkili və keçirilməsi;
- İşçilərin işə qəbul və yerləşdirmə prosesini təşkil etmək
- İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşə qəbul kanallarının idərə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
- İş analizini aparmaq;
- Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatı: 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 1000 azn;
- Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç.
Uyğun namizədlər mövzu hissəsində “İşə Qəbul Üzrə Aparıcı Mütəxəssis” yazaraq qeyd olunan mail ünvanına öz CV formalarını göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
600₼
İnsan resursları üzrə mütəxəssisSeylab İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...