Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Pak Dad Group İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Korporativ telefon nömrəsi ilə təmin olunur.
Şirkətimiz “Pak Dad” brendi adı altında 4 restoran, 7 fastfood və BalBadəm şirniyyat eviləri ilə artıq 12 ildir xidmətinizdədir. Artıq bir işəgötürən brendi formalaşdırmışıq. Biz öz karyerasını şirkətimizdə qurmaq istəyən hər bir səriştəli insanları bizimlə işləməyə dəvət edirik.
Vəzifə: İşə qəbul üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə minimum 1 il
Təhsil: Ali
Yaş həddi: 23-28, kişi namizəd;
Vəzifə öhdəlikləri:
- Restoran menecerlərindən daxil olmuş işçi tələbi blanklarına müvafiq olaraq işçi axtarışını həyata keçirmək ;
- İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq, müxtəlif saytlarda, sosial şəbəkələrdə elan dərc olunmasını təmin etmək;
- İşə qəbul funksiyası üçün istifadə olunan sosial şəbəkə hesablarını idarəetmək;
- Müxtəlif vakansiyalar üzrə daxil olmuş CV-lərin incələnməsini həyata keçirmək;
- Vakansiyalara uyğun namizədlərin seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
- İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarını aparmaq;
- Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
- Vakansiyalarla bağlı restoran menecerləri ilə işin təşkilinin aparılmasını təmin etmək;
- Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, yerlərdə sınaq müddətlərini izləmək, sınaq rəylərinin alınmasını təmin etmək;
- Satış komandası ilə təlim inkşaf məsələləri üzrə əməkdaşlıq etmək.
Tələblər:
- İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
- Azərbaycan, ingilis və ya rus dillərini orta səviyyədə bilməsi arzuolunandır;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Stres altında işləməyi bacarmalı;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
- İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
- Ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
- CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
- MS office proqramlarında işləmək qabiliyyəti olmalı.
- İş qrafiki: 6 günlük iş qrafiki, saat 9:00 -18:00 dək.
- Əmək haqqı: müsahibə əsnasında təyin ediləcəkdir.
Təminatlar:
- Nahar ilə təmin edilir;
- Korporativ telefon nömrəsi ilə təmin olunur.
İR mütəxəssis” başlığı qeyd olunmaqla CV-nizi hr@pakdad.az poçt ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...