Qısa məzmun
AzəriMed QSC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət yaratmaq bacarığı olmalıdır.
Tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Müvafiq sahədə minumum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurma bacarığı;
- Kompüter bilikləri: MS Office programlarını mükəmməl bilməli, 1C programında işləmə bacarığı üstünlükdür;
- Peşəkar ünsiyyət qurma bacarıqlarına malik olmalı;
- Güclü təşkilati bacarıqlara malik olmalı;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
- İşçilərin işə qəbul və yerləşdirmə müddətində iştirak etmək;
- Aktiv vakansiyalar üzrə namizədlərin axtarışı;
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunur
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...