Brand Manager
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

İnci Group of Companies Brand Manager vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin inkişaf istiqamətini müəyyən etmək üçün mövcud portfelin daimi analizi – brendlər üzrə məbləğ, həcm, gəlirlilik, gəlirlilik faizi;
  • Sku bazinda brendlər üzrə portfelin kvartallıq optimizasiyası;
  • İstehsalçilarla brendlərin inkişaf planı və marketinq büdcəsi üzrə danışıqların aparılması;
  • Kateqoriya və brend strategiyaların və icra planlarının hazırlanması və icra edilməsi;
  • İllik və aylıq brend satış planlarının hazırlanması və satışla birlikdə təsdiqlənməsi;
  • Yeni brendlərin gətirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Brend plana əsasən promo planın hazırlanması;
  • Brendlər üzrə satış kanallarının müəyyən edilməsi;
  • Brendlər üzrə planoqramlarin müəyyən edilməsi;
  • Yeni brendlərin bazara girişi zamanı market tipərinə görə satış paketinin müəyyən edilməsi;
  • Aylıq əsasda brend plana əsasən və ya ehtiyac yarandıqda promo kampaniyaların hazırlanması, icrasına nəzarət;
  • Kampaniyaların effektivliyi analizinin aparılması;
  • Aylıq və illik marketinq büdcələrin brend pnl-nə təsirini nəzərə alaraq idarə edilməsi və marketinq xərcləmə hədəfinə cavabdehlik.

Namizədə dair tələblər:

  • Ali təhsil: (Marketinq sahəsində arzuolunandır);
  • Dil bilikləri:  Azərbaycan dili – Əla, Rus dili- Orta;
  • MC Offise: Yaxşı səviyyədə;
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Analitik, kreativ düşüncə tərzi.

Əmək şəraiti:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar ilə təmin edilmə;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Şənbə və Bazar istirahət günü;
  • İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında);
  • Əmək haqqı müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “Brand Manager” yazaraq hr.inci@inci.az ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı

Marketing manager

İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...

İceland

21.01.2025 - Bakı