Qısa məzmun
Ə/h 700-1000 AZN. GM Construction İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəliyi:
- İşə qəbul ilə bağlı bütün məsələlərin həlli;
- Təlim və inkişafla bağlı prosedurların hazırlanması və təşkili;
- KPİ, motivasiya, xidməti fəaliyyətin qiymətləndirilıməsi ilə bağlı texniki işlər;
- İşçilərin daxili davranış, nizam – intizam qaydalarına aid işlərin təşkili;
- İşçilər arasında imtahan və sorğuların keçirilməsi;
- Müəyyən hesabatların tərtib edilməsi;
- Əsasnamə, vəzifə təlimatı və sair prosedurların hazırlanmasında iştirak edir.
Namizədə tələblər:
- Yaş həddi: 25 – 40;
- Ali təhsil;
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
- İdarəçilik bacarığı;
- Əmək, İXM Məcəlləsini bilməli;
- Müvafiq sahədə azı 3 ildən çox iş təcrübəsi;
- Microsoft Office, Excel, 1C proqramında sərbəst işləmə bacarığı;
- Tikinti sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti :
- AR ƏM əsasən rəsmiləşmə;
- Əmək haqqı sınaq müddətində 600-700 AZN, sınaq müddətindən sonra 700-1000 AZN planlaşdırılır. Fərqli əmək haqqına iddalı olanlardan məktubda qeyd etmələri xahiş olunur.
- Korporativ nömrə ilə təmin olunma;
- İş rejimi: 6 günlük, saat 09:00-18:00 – dək, şənbə saat 09:00-15:00.
- İş yeri: Bakı şəh., Heydər Əliyev pr 189.
Müraciət qaydası:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını ancaq azərbaycan dilində hr@gmco.az elektron poçtuna göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
700 — 1000 ₼
Korporativ Satış TəmsilçisiPRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...