Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies İşə Qəbul üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin rolu:
Bu vəzifənin rolu vəzifə meyarlarına əsasən namizədlərin seçimini həyata keçirmək və bu vəzifə prosedurunda qeyd edilən müddətdə vakansiyanı bağlamaqdır.
Vəzifə öhdəlikləri:
- ERP-dəki vakansiyaları nəzərdən keçirir və sonrakı işə qəbul prosesini dəqiqləşdirir
- Müvafiq struktur rəhbəri ilə iş təsvirini və işə qəbul meyarlarını nəzərdən keçirir
- İş elanlarını hazırlayır və müəyyən edilmiş mənbələrdə iş elanlarını yerləşdirir və yeniləyir
- Vakant yerlərin meyarlarına əsasən “CV screening” həyata keçirir
- Namizədlərlə ilkin müsahibələr təşkil edir
- Seçilən namizədləri müvafiq struktur rəhbərinə təqdim edir və onunla birgə müsahibələrdə iştirak edir
- İşə qəbul olunan şəxsin iş təcrübəsini yoxlayır, ERP-dəki vakansiyanı bağlayır və iş təklifini göndərir
- CV verilənlər bazasını nəzərdən keçirir və yeniləyir
- “Sinteks Careers” Sosial Media Hesablarında elanlara nəzarət edir
Əsas tələblər:
Təhsil:
- Ali təhsil (Biznesin İdarəedilməsi və İnsan Resurslarının İdarəedilməsi üzrə olması üstünlükdür)
Təcrübə:
- İşə qəbul üzrə Mütəxəssis vəzifəsində ən az 2 il iş təcrübəsi
Professional Biliklər:
- İşə qəbul prosesi
- İşə qəbul mənbələri
- Rus və İngilis dilləri yaxşı səviyyədə
- MS Office
Professional Bacarıqlar və Kompetensiyalar:
- Müsahibə aparmaq bacarığı
- Tədqiqat bacarıqları
- Ünsiyyət bacarıqları
- Nəticə yönümlülük
- Zamanın idarəolunması
- Analitik düşüncə
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Mənbə:jobsearch.az
Oxşar vakansiya siyahısı:
PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...