Qısa məzmun
Bizim Market İşə qəbul mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.
Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.
İş barədə məlumat:
- Yaranan vakansiyaların şirkətdaxili və xarici elanlarını hazırlamaq və yerləşdirmək;
- Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək;
- Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
- Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək;
- İşəqəbul testlərini həyata keçirtmək;
- Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirak etmək;
- Yeni işçilərin sınaq müddətlərini izləmək.
Namizədə tələblər:
- Ali təhsilli;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS office proqramlarını yaxşı səviyyədə bilmək;
- Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmaq.
İş şəraiti:
- 5 günlük iş həftəsi;
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur.
Vakansiyaya müraciət üçün CV-ləri “İşə qəbul mütəxəssisi” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...