Qısa məzmun
PASHA Life İşə qəbul və insan resursları əməliyyatları şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında məlumat:
Struktur bölmə: İnsan resursları və korporativ kommunikasiya departamenti, İşə qəbul və insan resursları əməliyyatları
Vəzifə: İşə qəbul və insan resursları əməliyyatları şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 08 iyul 2021
Vəzifə Öhdəlikləri:
- Əmək müqavilələrinin bağlanılması, ləğv edilməsi və başqa işə keçirmə proseslərini icra etmək;
- İşçilərin şəxsi işlərini tərtib etmək, onların əmək fəaliyyəti zamanı baş verən dəyişiklikləri hazırlamaq;
- Vəzifə təlimatlarının hazırlanması üzrə birbaşa rəhbərin tapşırıqlarını icra etmək və vəzifə təlimatlarının iş analizinə əsasən tərtibi və zərurət yarandıqda yenilənməsini təmin etmək;
- İnsan resurslarının idarə edilməsi sahəsində korporativ sənədlərin və digər müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək, aidiyyəti üzrə təqdim etmək;
- İntizam tənbeh tədbirlərinin icra edilməsi ilə əlaqədar rəsmiləşdirmə işlərini yerinə yetirmək və arxivləşdirmək;
- Əmək kitabçalarını saxlamaq, doldurmaq və sənələşmə işlərini aparmaq;
- İşçilərin məlumat bazasını qurmaq, bu məlumat bazası üzrə müvafiq hesabatları tərtib edərək tələb olunan yerə vaxtında təqdim etmək;
- Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək;
- Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək;
- Əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi haqqında rəhbərə uyğun təkliflər vermək;
- Əmək haqqı hesablanılması prosesində iştirak etmək:
- Mükafat modellərinin hesablanmasında iştirak etmək
Namizədə olan tələblər:
- İş təcrübəsi: İnsan resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
- Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta.
- Üstünlüklər: İnsan Resursları üzrə beynəlxalq sertifikat.
- Kompüter bilikləri: MS Excel:orta, MS Outlook:orta, MS Word:orta, MS Office:orta, MS PowerPoint: ortaFərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, Komanda işi və Əməkdaşlıq, Biznes tərəfdaşlığı, Inam Yaratma, Geniş Perspektiv, Keyfiyyət yönümlülük, Dinamikanı anlamaq
İmtiyazlar:
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
- Digər məlumatlar:
- Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942 - Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...