Qısa məzmun
Green Tech İstehsal avadanlıqları üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Yeni avadanlıqların qəbulu və quraşdırılması, mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi;
- Problemlərin vaxtında aradan qaldırılması məqsədi ilə istehsalat ilə vaxtaşırı əməkdaşlıq etmək;
- İstehsalatın maşın avadanlıq sahəsində texniki hazırlığını periodik olaraq təmin etmək;
- Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
- Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
- Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;
- Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədi ilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəbini analiz etmək;
- Mexaniki sistemlərdə təhlükələrin, potensial riskələrin, istismar standartlarından kənarlaşma hallarının müəyyən ediməsi, aradan qaldırılması və qeydiyyata alınmasını təmin etmək;
- Mexanizmlərin təmirdən sonra sazlığını test etmək;
Tələblər:
- Sahə üzrə Ali təhsil;
- Sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, İnglis-dili arzu ediləndir;
- Problemə çevik yanaşma;
- Planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları.
İş barədə məlumat:
- İş qrafiki: 08:00-18:00 ( beş günlük iş həftəsi);
- Iş yeri Binə qəsəbəsində yerləşir;
- İşə gəliş-gediş şirkət tərəfindən təmin edilir;
- Nahar şirkət tərəfindən təmin edilir..
- Əmək haqqı razılaşma yolu ilə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İstehsal avadanlıqları üzrə mexanik” şəklində göstərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...