Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yalama Aqropark MMC İstehsal rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
- Xaçmaz Rayonu Yalama qəsəbəsində 1500 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müasir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “İstehsal rəhbəri” üzrə vakansiya elan edir. (Yaşayış yeri və gündəlik qidalanma şirkət tərəfindən təmin edilir)
Əmək funksiyaları:
- Müəssisə kənd təsərrüfatı fəaliyyəti olaraq üç istehsal sahəsini özündə cəmləyir. İstehsal rəhbəri sadalanan sahələrin idarə olunmasına məsuldur və İdarə Heyətinin sədrinə hesabat verir:
- Əkinçilik
- Yem istehsalı
- Heyvandarlıq
- İstehsal rəhbəri müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etməlidir.
- Hər üç əməliyyat sahəsi üzrə illik istehsal planlarının tərtib edilməsi, razılaşdırılması və təsdiqlənməsini təmin etməlidir.
- Təsdiqlənmiş plana uyğun istehsalın təşkilini və nəzarəti yerinə yetirməlidir.
- İstehsal edilmiş ət və süd məhsulları ilə bağlı daxil olan müştəri müraciət və şikayətlərini cavablandırmalıdır.
- İstehsalın təkmilləşdirilməsi məqsədilə mütəmadi təkliflər və önərilər verməlidir.
- Qarajın idarə edilməsi onun nəzarətində olmalıdır, texnikaların təmizliyindən sağlığına kimi bütün proseslərin icrasına nəzarət edilməsi.
- Məhsulların buraxılışı üzrə istehsalat texnologiyası sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübəsi öyrənilməli və tətbiq edilməlidir.
- İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət etməlidir.
- Əsas istehsal cədvəli və əməliyyat büdcələrinin idarə olunmasına diqqət etməlidir.
- Yüksək təzyiqli vəziyyətlərdə həlledici qərarlar qəbul etməkdə, tənqidi düşüncə və bütöv təhlil yolu ilə növbəti fəaliyyət istiqamətini seçməkdə rahat olmalıdır.
- Təfərrüatlara diqqətli olmalıdır.Ən kiçik detallar, istər bir məhsulun dizayn qüsuru, istər tədarük zəncirindəki bir gecikmə olsun, əhəmiyyətli dərəcədə təsir göstərə bilər və istehsal rəhbəri bunlara qarşı diqqətli olmalı və inkişaf etdirmək üçün əllərindən gələni əsirgəməməlidir.
- İstehsalat kadrlarının mütəmadi olaraq müvafiq təlimlərə yönləndirilməsi və xidməti fəaliyyətinin qiymətləndirilməsini təmin etməlidir.
- İstehsalatla bağlı müəssisədaxili müəyyən olunmuş qaydada hazırlanmış müxtəlif növ aylıq hesabatların yoxlanması, təsdiqlənməsi və rəhbərliyə təqdim olunmasını təmin etməlidi.
- Məhsulun hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimatların keçirilməsi
İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi
Tələblər:
- Ali təhsil (idarəetmə, iqtisadiyyat, istehsal sahələrində)
- İstehsal sahəsində idarəetmə üzrə iş təcrübəsinə malik olma
- Dil biliyi: Azərbaycan -əla səviyyə, Rus, İngilis – orta səviyyə
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook, Powerpoint)
- 1C 8.3 proqramında sərbəst işləmək bacarığı (istehsal/satış)
- İstehsalın iqtisadi göstəricilərini təhlil etmə bacarığı (özünütəmin etmə, satış, marja)
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik, strateji və sistemli düşüncə
Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “İstehsal rəhbəri” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...