Qısa məzmun
Elmanado MMC İstehsalat üzrə sex rəisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Cins: kişi
- Yaş həddi: 35-40 yaşdan yuxarı
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3-5 il təcrübə
- Dil biliyi: azərbaycan, rus dili arzuolunandır
- İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri
- İstehsalatın təşkilini və texnologiyasını
İş barədə məlumat:
- İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etməlidir.
- Keyfiyyət standartlarını və təhlükəsizlik qaydalarını planlaşdırmalı və vaxtında təmin etməlidir.
- İstehsal fəaliyyəti üzrə hesabatlar vaxtında tərtib və təqdim olunmalıdır.
M - əhsulların buraxılışı üzrə istehsalat texnologiyası sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübəsi öyrənilməli və tətbiq edilməlidir.
- Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını təmin etməlidir
- İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət etməlidir
- Əsas istehsal cədvəli və əməliyyat büdcələrinin idarə olunmasına diqqət etməlidir
- Yüksək təzyiqli vəziyyətlərdə həlledici qərarlar qəbul etməkdə, tənqidi düşüncə və bütöv təhlil yolu ilə növbəti fəaliyyət istiqamətini seçməkdə rahat olmalıdır
- Ən kiçik detallar, istər bir məhsulun dizayn qüsuru, istər tədarük zəncirindəki bir gecikmə olsun, əhəmiyyətli dərəcədə təsir göstərə bilər və istehsal rəisi bunlara qarşı diqqətli olmalı və inkişaf etdirmək üçün əllərindən gələni əsirgəməməlidir
- İşçilərlə düzgün şəkildə ünsiyyət və davranış qaydalarını bilməlidir
- İşçilərin və avadanlıqların boşdayanmalarının qarşısını almalıdır
İş şərtləri:
- Şirkət: Elmanado MMC
- İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
- Əmək haqqı: Razılaşma yolu ilə
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- İş ərazisi: Bakı şəh, Zabrat Dairəsi
Vakansiyaya uyğun namizədlər CV-lərini “İstehsalat rəisi” başlığı ilə baghirlipasha@gmail.com e-mail ünvanına göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...