Qısa məzmun
“Azərbaycan DəmirYolları” QSC İstehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət linki: https://career.ady.az/Vacancy/Get?id=4369#vp
Vəzifə öhdəlikləri
- Vağzal ərazisinin, inzibati binalarda yerləşən xidməti otaqların, dəhlizlərin, pilləkənlərin, qovşaqların, ictimai ayaqyolunun və s. təmizliyinin təmin olunması;
- Tozların alınması, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarların, döşəmənin, pəncərə çərçivələrinin və şüşələrin, mebel və xalçaların süpürülüb silinməsi və yuyulması;
- Zibil qablarının kağızdan təmizlənməsi, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və ona ayrılmış yerlərə aparılması;
- Vannaların, rakovinanın və digər sanitar texniki avadanlıqların təmizlənməsi və dezinfeksiyası;
- Yığışdırılan yerlərdə sanitar və gigiyena qaydalarına riayət edilməsi.
Namizədə dair tələblər:
- Otaqların silinməsi və təmiz saxlanılmasında sanitar və gigiyena qaydaları;
- Xidmət olunan avadanlıq və mexanizmlərin təyinatı və quruluşu;
- Yığışdırma qaydası, yuyucu və dezinfeksiyaedici vasitələrin konsentrasiyası və ondan istifadənin təhlükəsizlik qaydası, sanitar-texniki istismar qaydası;
Tələb olunan funksional keyfiyyət meyarları:
Keyfiyyət yönümlülük;
Diqqətlilik;
İntizamlılıq.
İş qrafiki:
- Növbəli iş qrafik
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 18.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.