Qısa məzmun
Mətanət A İstehsalat üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Hesablama texnikası, əlaqə vasitələrindən istifadə etməklə operativ tənzimləmə ilə bağlı işlərə rəhbərlik edir, istehsal planı və müqavilələrə əsasən istehsalın gedişi, ahəngdar məhsul buraxılışının təmin olunmasını təmin edir;
- Müəssisə və onun bölmələri üzrə istehsal proqramları və təqvim qrafiklərinin hazırlanmasına, planlaşdırılan ilə dair onların düzəlişinə, operativ istehsal planlaşdırılması üçün normativlərin hazırlanması və tətbiqinə rəhbərliyi həyata keçirir;
- İstehsal gedişinə operativ nəzarəti, istehsalatın texniki sənədləşmə, avadanlıq, alət, material, dəstləşdirmə məmulatları, nəqliyyat, yükləmə-boşaltma vasitələri və s., həmçinin istehsalatın yeni növ məhsul istehsalına hazırlığının həyata keçirilməsini təşkil edir;
- İstehsal gedişinin gündəlik operativ uçotunu təmin edir, kəmiyyət və nomenklatura üzrə sutkalıq hazır məhsul buraxılışı tapşırığının yerinə-yetirilməsinə, başa çatmamış istehsalın durumuna və tamlığının vəziyyətinə nəzarət edir, iş yerləri və anbarlarda müəyyən edilmiş artıq məhsul normasına riayət olunmasına, nəqliyyat vasitələrindən operativ istifadə və yükləmə-boşaltma işlərinin yerinə-yetirilməsinə nəzarət edir;
- Müəssisə bölmələrinin işini əlaqələndirir, istehsalın təqvim planının yerinə yetirilməsi ahəngdarlığının təmin edilməsi, istehsal prosesi gedişinin pozulması xəbərdarlığı və aradan qaldırılması üzrə tədbirlər görür;
- Texnologiyanın yaxşılaşdırılması, istehsalın təşkili və əmək məhsuldarlığının artırılmasına xidmət edən texniki yeniliklərin, elmi açılış və kəşflərin, qabaqcıl təcrübənin aşkar edilməsi və mənimsənilməsi üzrə iş aparır.
Tələblər:
- Ali təhsil;
- Yaş həddi: 30-45;
- Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi.
İş şəraiti:
- İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);
- Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
Əlaqə nömrəsi: 050 208 66 95
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına CV-ni göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Planlama üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Sayımçı vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...