İşə qəbul üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Pizza Mizza İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İdarəetmə və kommunikasiya bacarığı olmalıdır.

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində olması arzuolunandır)
  • Yaş: 23-30
  • işə qəbul üzrə 1 il iş təcrübəsi
  • İşə qəbul müsahibələrinin aparılması təcrübəsi
  • Səliqəli və xoş xarici görünüş
  • Səlis nitq
  • Operativ və məsuliyyətli
  • Dinamik iş mühitində işləyə bilmək xüsusiyyətinə malik olmalı
  • Azərbaycan dili səlis, ingilis və rus dili səlis danışıq arzuolunandır
  • MS Word-əla, MS Excel-yaxşı, Power Point-yaxşı səviyyədə bilməli.

İş barədə məlumat:

  • İşçi ehtiyaclarının araşdırılmasında iştirak etmək.
  • Daxil olan müraciətləri təhlil etmək, tələblərə uyğun namizədləri müsahibəyə dəvət etmək.
  • Müsahibələri təşkil etmək. Müsahibəni aparmaq.
  • Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında məlumatı struktur rəhbərinə işə qəbul barədə qərar vermək üçün təqdim etmək) təşkil olunması.
  • Uğurlu namizədlərlə bağlı referansların alınması.
  • Müsahibə nəticələri barədə namizədlərə məlumatın verilməsi.
  • İşə qəbul hesabatlarının hazırlanması. Yeni işçilərlə sorğuların keçirilməsi.
  • İşə qəbul ehtiyaclarının planlanmasında iştirak etmək.
  • Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak etmək.

İş şəraiti:

  • İş saatı 09:00-18:00
  • 5 günlük iş həftəsi
  • Əmək haqqı 700 azn
  • Nahar şirkət tərəfindən ödənilir
  • İş yeri: Bakı şəhəri, “Babək Plaza”

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq hr@pizzamizza.az elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İnsan resursları üzrə təcrübəçi (HR intern)

PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

28.03.2025 - Bakı

İnsan resursları üzrə kiçik mütəxəssis

GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

GM Construction

28.03.2025 - Bakı

İR üzrə Direktor

SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...

Supertoys

13.03.2025 - Bakı