İT administrator
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Mons Group İT administrator vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətə məxsus bütün kompüterlərin və İT avadanlıqlarının sabit və daimi işləməsini təmin etmək.
  • İnternetin işlək vəziyətdə saxlanılmasına nəzarət və bütün sistemin yenilənməsini təmin etmək.
  • Texniki sənədlərin hazirlanması.
  • Mövcud layihələrdə təkmilləşdirmə, optimallaşdırma və texniki dəstək işlərinin aparılması.
  • LAN, WAN, WiFi şəbəkələrinin işini təmin etmək və yaranan nasazlıqları aradan qaldırmaq.
  • Əməliyyat sistemlərinin və proqramların işini təmin etmək və yaranan nasazlıqları aradan qaldırmaq.
  • Yeni işə qəbul olunmuş işçiləri lazımı kompüter avadanlıqları ilə təmin etmək
  • İT Texniki dəstək işlərinin aparılması üçün tələb olunan bütün lisenziyalarının etibarlılığını yoxlamaq.
  • 1C istifadəsində dəstək olması.
  • 1C sisteminin əməliyyat axınının optimallaşdırılması.
  • Təhıükəsizlik kameraların və davamiyyət turniketlərin nəzarəti və təmiri.

Namizədə tələblər:

  • İnformasiya Texnologiyaları sahəsində və ya müvafiq sahə üzrə təhsil,
  • Dev Express(Arzu olunandır)
  • HTML5, CSS3
  • MSSQL Server ilə işləyə bilmək.
  • Web Servis və web servis client yaza bilmək.
  • Analitik düşünmə qabiliyyəti.
  • Sərbəst araşdırma qabiliyyəti.
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
  • Rus və Azərbaycan dillərini səlis bilmək (İngilis dili arzu olunandır)
  • MS Window Operating proqramlarını yaxşı səviyyədə bilmək
  • Drayverlərin quraşdırılmasını və logların yoxlanılmasını bilmək
  • Şəbəkə avadanlıqlarının tənzimləməsi bacarığı
  • MS Domain sistem və Active Directory haqqında əsas biliklər (PC’nin domeninə əlavə edilməsi, GPO’nun, qrup və istifadəçi hüquqlarının yoxlanılması)
  • MS Office 2013/16/19 məhsullarının quraşdırılması və problemlərinin aradan qaldırılmasını bilmək
  • MS Outlook proqramını yaxşı səviyyədə bilmək
  • 30-40 yaş həddi
  • Məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
  • Sürücülük vəsiqəsi olmalı
  • Ezamiyyətə hazır olmalı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “İT Administrator” yazaraq ibrahimovemin1976@gmail.com ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer)

Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

24.01.2025 - Bakı

Senior Data Analyst

Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...

Yelo Bank

13.01.2025 - Bakı

İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis

Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...

Azərbaycan Hava Yolları QSC

08.01.2025 - Bakı

Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist)

Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...

Yelo Bank

07.01.2025 - Bakı

Senior Information Security Specialist

https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...

Access Bank

06.01.2025 - Bakı