İT Arxitekturası və Texnologiyası Həlləri üzrə Ekspert
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerconnect İT Arxitekturası və Texnologiyası Həlləri üzrə Ekspert vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında

Şirkət : Azerconnect
İdarə : İnformasiya Texnologiyaları
İş qrafiki : Standart
Son müraciət tarixi: 05.08.2020

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Konseptual tələblərə əsasən müxtəlif, genişmiqyaslı və davamlı arxitektura dizayn təkliflərini irəli sürmək;
  • Arxitektura modellərini hazırlamaq və müvafiq komandalara təqdim etmək;
  • Biznes tələblərini anlamaq və onları razılaşdırılmış arxitektura modellərinə uyğunlaşdırmaq;
  • Çatışmazlıqları müəyyən etməklə məhsuldarlığı artırmaq və optimallaşdırma ilə bağlı təkliflər vermək;
  • Arxitektura üzrə yol xəritəsini və yüksək səviyyəli konseptual dizaynları hazırlamaq və təkmilləşdirmək;
  • Arxitektura üzrə dəyişiklikləri və optimallaşdırmaları idarə etmək;
  • Müvafiq hesabatlar hazırlamaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Kompüter elmləri, elektronika mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Telekommunikasiya/BSS/Proqramlar/ƏDX/OSS platformalarının arxitekturası, dizaynı, inkişaf etdirilməsi, mühəndisliyi, tətbiqi, inteqrasiyası və dəstəyi üzrə iş təcrübəsi;
  • Proqramlar, ƏDX və Xidmət çatdırılması üzrə platformaların idarə olunması, konfiqurasiyası və mühəndisliyi üzrə iş təcrübəsi;
  • 3 GPP standartları üzrə işləmə təcrübəsi;
  • Vendor/partnyorlarla işləmə təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • ƏDX, mobil və komputer şəbəkələridə istifadə olunan protokollar, (SIGTRAN, MAP, TCP/IP, Camel, xml, DCC, SMPP və s.) proqramlaşdırma dilləri, məlumat bazası, əməliyyatlar sistemi üzrə bilik;
  • Proqram inkişafı üzrə proseslər və metodologiyaları bilmək;
  • Layihələrin idarə olunması bacarığı;
  • SQL və Proqramlaşdırma dilləri üzrə bilik;
  • İT platformaları və həllərin arxitekturası üzrə bilik;
  • Problemləri həll etmə bacarığı

Müraciət etmək üçün

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “İT Arxitekturası və Texnologiyası Həlləri üzrə Ekspert” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Proqramçı

Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...

DO IT MMC

01.04.2025 - Bakı

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

13.03.2025 - Bakı