Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Baku Boulevard Hotel, Autograph Collection İT üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şöbə: İnformasiya texnologiyaları
Vəzifə: İT üzrə aparıcı mütəxəssis
Şirkət: Boulevard Hotel Company LLC
Ünvan: Azərbaycan, Bakı ş, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 06.03.2020
İşin təsviri:
- Bütün kompüter avadanlığı təminatının istismarına rəhbərlik və nəzarət edilməsi, bütün sistemlərin işləməsinin və düzgün quraşdırılmasının təmin edilməsi, və kompüter avadanlığı təminatına xidmət göstərilməsi üzrə başlıca əlaqə rolunu oynamaq
- Bütün sistemlərin lazımi texniki xidmət müqavilələri ilə təchiz edilməsinin təmin edilməsi və tələbə əsasən, profilaktik təmirin yerinə yetirilməsinin təmin edilməsi
- Mehmanxananın səmərəliliyinin təkmilləşdirilməsinə xidmət edə biləcək sistemlərdən və texnologiyadan davamlı olaraq xəbərdar olmaq, o cümlədən, amma bununla məhdudlaşmayan:
- Kompüter avadanlığı təminatı sistemləri və cihazları, o cümlədən Personal Kompüter Yerli Şəbəkə texnologiyası.
- Proqram təminatı əməliyyat və xidmətçi proqram sistemləri;
- Ön şöbələrin Debitorlar üzrə Əmlak İdarəetmə Sistemləri və digər sistemlərin əlaqələndirilməsi;
- Arxa şöbələrin Uçot və Hesabat Sistemləri;
- Personal Kompüter və Yerli Şəbəkə üzərində qurulmuş Ofis Avtomatikləşdirmə məhsulları;
- Daxili və Xarici Elektron Poçt və kommunkasiya servis proqramları;
- ATS sistemləri;
- Elektron Qapı Kilidləmə Kompüter Sistemi;
- Kompüterin virusdan qorunması;
- Mehmanxana İT Təhlükəsizliyi və Şəbəkələrarası Müdafiə Sistemi.
- Müdirə cari işlər haqqında aylıq yazılı hesabatın təqdim edilməsi, nüsxələri şöbə rəhbərlərinə
- Bütün kompüter avadanlığı siyahısının yeniləşdirilməsi
- Proqram təminatı problemlərinin araşdırılması və təchizatçı şirkətə, və yaxud Regional, Ərazi və yaxud Korporativ Ofisə məlumat verilməsi
- Sənədlərin yaradılması, mehmanxana kompüter sistem(lər)i işləməyəndə, müvafiq qəza hallarında riayət ediləcək bərpa etmə proseduralarının sınaqdan keçirilməsi və tanışlıq üçün təqdim edilməsi
- İHG-nin texniki tələblərinə əsasən, bütün kompüter informasiyalarının yaddaşa yazılmasının və ehtiyat nüsxəsinin çıxarılmasının başa çatdırılmasının, sənədləşdirilməsinin və ehtiyatda saxlanılmasının təmin edilməsi
- Xüsusi layihənin/Rəhbərliyin təyin etdiyi digər vəzifələrin yerinə yetirilməsi
Namizədə olan tələblər
- • Ali təhsil;
• Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
• Iscala, POS (Micros), PMS sistemləri;
• Danışıqların aparılması bacarığı;
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
İşgüzar və məsuliyyətli.
İş şərtləri
- iş rejimi – həftədə 5 günlükdür
- iş saatları – 09.00-18.00
- 1 saatlıq nahar fasiləsi
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İT üzrə aparıcı mütəxəssis” qeyd edərək CV-lərini boulevard.careers@absheronhotelgroup.com elektron ünvanına 06 mart 2020-ci ilə dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com