Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta İT Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. Layihələrin idarə edilməsi üzrə təcrübə olmalıdır.
Vəzifə və Öhdəliklər:
- Biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi və təhlili;
- Gündəlik biznes prosesləri anlamaq üçün biznes vahidləri ilə işləmək;
- Mövcud standartlara və metodologiyalara uyğun sənədlərin, texniki tapşırıqların, “test case”-lərin və İstifadəçi interfeysi tlimatlarının hazırlanması;
- Sistemlərin istifadəsi ilə bağlı problemlərin müəyyənləşdirilməsi, təhlili və sənədləşdirilməsi;.
Bilik və bacarıqlar:
- Tətbiqi riyaziyyat, İnformatika və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Dəqiqlik, diqqətlilik, planlama, üznsiyyətqurma və təşkilatçılıq qabiliyyəti;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
- Layihələrin idarə edilməsi üzrə təcrübə;
- Məlumatların təhlili və düzgün təqdimat bacarıqlarına malik olmaq;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- JIRA, Confluence, MS Visio proqramlları üzrə biliklər;
- Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
- Sertifikatların (CBAP, PMI-PBA) olması arzuolunandır;
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.