Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Invest AZ IT Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin edilir.
İŞ HAQQINDA MƏLUMAT:
- IT departamentinə daxil olan müraciətlərin qəbul olunması, yaranmış hardware və software problemlərinin diaqnostikası və aradan qaldırılması.
- Windows və MacOS əməliyyat sistemləri üzrə nəzəri və praktik biliklər.
- Şəbəkə və serverlərin əsaslarına dair nəzəri və praktik biliklər, yaranmış nasazlıqların aradan qaldırılması.
- Periferiya qurğuları ilə işləmə bacarığı, şəbəkə printerlərin quraşdırılması.
- IP Kameraların işləmə prinsipi üzrə nəzəri və praktik biliklər.
- Fayl server üzrə biliklər.
- Saytların frontend hissələrinin hazırlanması;
- Promo-səhifələrin hazırlanması.
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Uyğun sahə üzrə minumum 1 il iş təcrübəsi ildən artıq iş təcrübəsi;
- İT sahəsində inkişaf etməyə həvəs, işə fəal və praqmatik yanaşmaq;
- Məntiqli düşünmə və problemləri araşdırma qabiliyyəti;
- İşində məsuliyyətli olmaq;
- Yaxşı ünsiyyət bacarıqları.
TƏKLİF EDİRİK:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Tibbi sığorta;
- Yüksək səviyyəli iş avadanlığı – iMac, Macbook, və s.;
- Xətai metrosundan 10 dəqiqəlik məsafədə rahat ofis (Babək Plaza);
- İş qrafiki: 5 gün;
- İş saatları: 09:00-dan 18:00-dək;
- Nahar fasiləsi 13:00-dan 14:00-dək;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyənləşdiriləcək.
Əlaqə: hr@investaz.az
Diqqət: Göndərilən maillərin mövzusunda mütləq “IT Helpdesk” qeyd edilməlidir.