Qısa məzmun
Ateshgah Sigorta İT layihələrə dəstək şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Unit testing üzrə ilkin biliklər olmalıdır.
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi:ən azı 1 il müvafiq sahə üzrə
- Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
- MS SQL Server ilə iş bacarığı
- Mürəkkəb DML, DDL, DCL and TCL sorğular yazmaq və onları optimallaşdırmaq bacarığı.
- Analitik təhlil və operativlik bacarığı
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı
- İdarəetmə və analitik hesabatların işlənib hazırlanması
- Texniki sənədləri tərtib etmək təcrübəsi
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
- Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
- Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Sabit əmək haqqı 800 ~ 1000 AZN (müsahibə əsnasında)
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Application Support)” qeyd etmələri xahiş olunur.
Mənbə:jobsearch.az
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...