Qısa məzmun
Ateshgah Sigorta İT layihələrə dəstək şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Unit testing üzrə ilkin biliklər olmalıdır.
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: ən azı 2 il müvafiq sahə üzrə
- Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
- SQL və proqramlaşdırma dilləri (C#) üzrə baza bilikləri
- Bug tracking izləmə sistemləri ilə təcrübə (TFS)
- GUI Test Automation tools-lar ilə təcrübə (Selenium WebDriver, HP QTP, AutoIt və s.)
- Test metodologiyaları üzrə biliklər (Functional, Automation, Performance və s.)
- Unit testing üzrə ilkin biliklər
- Analitik təhlil etmə və operativlik bacarığı
- Komandada işləmə bacarığı
Vəzifələr:
- Proqram təminatının tələbləri və texniki xarakteristikalarından asılı olaraq proqramın testləşdirilməsi üzrə Testsuite və Testcase -lərin hazırlanması
- Modul, sistem və istifadəçilər səviyyəsində test işləri daxil olmaqla proqram təminatı üzrə test işlərinin həyata keçirilməsi
- GUI Test Automation alətlərindən istifadə etməklə UI testlərin hazırlanması
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı : 600 – 1000 azn (bilik və bacarıqlarına əsasən təyin olunur)
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Software Tester)” qeyd etmələri xahiş olunur.