Qısa məzmun
Ateshgah Sigorta İT layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi (Layihə Meneceri asistantı) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Proqram / Layihə idarə edilməsi sahəsində minimum 2 il təcrübə
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili ( texniki )
- İnformasiya Texnologiyaları və trendləri barəsində biliklər
- Layihə idarə edilməsi proqramları üzrə praktiki təcrübə
- Biznes və ya sistem analitika təcrübəsi olanlara üstünlük veriləcək
- Analitik təhlil etmə və operativlik bacarığı
- Komandada işləmə bacarığı
Vəzifələr:
- Lahiyə öncəsi sifarişçinin tələblərini müəyyən etmək, təhlil etmək və lazımi sənədləri hazırlamaq;
- Məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə qurmaq və təsvir etmək
- Mövcud olan informasiya sistemlərini (proqram təminatlarının) təhlil etmək və sənədləşdirmək;
- Proqram təminatının optimal hazırlanması üçün sifarişçiyə məsləhətlər vermək;
- Layihə idarə edilməsi proqramları üzərindən Layihələrin statusun müəyyən etmək
- Departamentin iş prosesinə aid sərəncam və ya digər sənədlər hazırlamaq
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı : 1000 – 1200 AZN (Daha dəqiq müsahibə əsasında bildirilcək)
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi (Layihə Meneceri Asistantı)” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...