Qısa məzmun
Hajigabul Poultry Farm Company IT Manager (Hacıqabul – Şirvan) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (İT sahəsində olması arzuolunandır)
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi
- İnformasiya texnologiyaları sahəsi üzrə nəzəri və praktiki biliklər
Vəzifə öhdəlikləri:
- Şirkət daxilindəki şəbəkə cihazlarının, kompüterlərin və digər elektron avadanlıqların quraşdırılmasını və yeni texnologiyaların tətbiqinin təşkilini həyata keçirir
- Proqram təminatlarının, kompüter və şəbəkə texnikasının sifarişi zamanı uyğun avadanlıqların seçilməsini və ya dəyişdirilməsini təmin edir
- Şirkət daxilindəki şəbəkələrinin, internet bağlantısının təhlükəsiz və keyfiyyətli fəaliyyətini təmin edir
- Şirkət daxilində İnformasiya Texnologiyaları ilə bağlı bütün problemlərin həll edilməsini təmin edir
İş şəraiti:
- İş yeri: Hacıqabul – Şirvan
- 6 günlük iş rejimi (08:00 – 17:00)
- Həftədə bir gün istirahət
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir
Oxşar vakansiya siyahısı:
Helpdesk
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...