Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerconnect LLC İT Müəssisə Resursların Planlaşdırılması üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında
Şirkət : Azerconnect
İdarə : İnformasiya Texnologiyaları
İş qrafiki : Standart
Son müraciət tarixi : 10.08.2020
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Dəstək müraciətləri üçün əlaqələndirici şəxs olmaq: problemləri təhlil etmək, sənədləşdirmək, həll etmək;
- Təlim materiallarını hazırlamaq və istifadəçilərə təlim keçmək;
- Test planlarını planlaşdırmaq və icra etmək (funksional, reqressiya, performans);
- Xüsusi SQL-sorğuları vasitəsilə verilənlər bazasındakı məlumatları təhlil etmək;
- AİM-ə uyğun olaraq funksional xüsusiyyətləri müəyyənləşdirmək;
- İstifadəçilərin girişini yeniləmək, təhlil etmək və yoxlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Mühasibatlıq, Tətbiqi Riyaziyyat və ya İnformasiya Texnologiyaları sahəsində ali təhsil
- ERP sahəsində minimum 2 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- SQL, PL/SQL üzrə biliklər
- Oracle Fusion Cloud və ya Oracle e-Business Suite üzrə biliklər
- OTBI və BI Publisher hesabatları üzrə biliklər;
- ERP sistemlərindən istifadə təcrübəsi;
- Azərbaycan və İngilis dillərini səlis bilmək.
Müraciət etmək üçün:
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “İT Müəssisə Resursların Planlaşdırılması üzrə Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.