Qısa məzmun
KredAqro Bank Olmayan Kredit Təşkilatı MMC İT Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İT Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
- Baş ofis və filiallar arasında informasiya axını sisteminin düzgün qurulmasını təmin etmək;
- Baş ofis və filiallarda yerləşən texniki vasitələrin, şəbəkənin düzgün qurulmasını və xidmətə yararlığını təmin etmək;
- Zərurət yarandıqda “KredAqro” BOKT MMC-nin nəzdində olan informasiya texnologiyası ləvazimatlarının işə yararlığını təmin etməkdə, şəbəkə və internetə qoşulma ilə bağlı mərkəzi ofis və filiallarda olan problemləri aradan qaldırmaqla İT mühəndisinə yardım etmək;
- Korporativ Elektron poçt (e-mail) və Active Directory xidmətində yeni qeydiyyatların aparılması və daimi dəstəklənməsi;
- Baş ofis və filiallarda yerləşən texniki avadanlıqların vəziyyətini yoxlamaq və yaranmış hər hansı bir problemi həll etmək üçün bütün tədbirləri görmək;
- Müvəqqəti olaraq (20:00-00:00) Bank sistemində gün bağlama prosesini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şəraiti:
- İş qrafiki: (Bazar ertəsi – Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Əmək haqqı: 500 azn gross;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (İT Mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz
Oxşar vakansiya siyahısı:
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...