Qısa məzmun
Knexel şirkəti IT mütəxəssis (HelpDesk) vəzifəsi üzrə vakansiya elan edir.
Biz Knexel şirkəti olaraq, müştərilərimizə yüksək səviyyəli, inovativ və etibarlı İT həlləri təqdim etməklə məşğul oluruq. Gənc, enerjili və bacarıqlı bir İT mütəxəssisi olaraq, bizimlə birlikdə çalışa biləcəyinizə inanırsınız?
Öhdəliklər:
- Şirkətin xidmət təqdim etdiyi partnyorlara İT dəstəyi göstərmək
- İT avadanlıqlarının quraşdırılması və problemlərin aradan qaldırılması
- Windows, Linux və MacOS əməliyyat sistemlərinin və proqram təminatlarının yüklənməsi və sazlanması
- Komputer və periferiya avadanlıqlarının quraşdırılması, sazlanması və problemlərin həll edilməsi
- Şəbəkə avadanlıqlarının (Modem, Switch və Router kimi) quraşdırılması və sazlanması
- Analog və İP telefon avadanlıqlarının quraşdırılması, sazlanması və problemlərin həll edilməsi
- Təhlükəsizlik avadanlıqlarının quraşdırılması, sazlanması və problemlərin həll edilməsi
- Tapşırılan işlərin vaxtında və keyfiyyətlə həll edilməsi
- Rəhbərliyə görülən işlərlə bağlı hesabatların təqdim edilməsi
Tələblər:
- İnformatika, İT, Telekom və ya müvafiq sahədə təhsil və ya sertifikatların olması
- 2+ il HelpDesk və ya İT dəstək sahəsində iş təcrübəsi
- Texniki problemləri diaqnostika və həll etmə bacarığı
- Optimal həll yollarını və yenilikləri tətbiq etmə bacarığı
- Əla şifahi və yazılı kommunikasiya bacarığı
- Tapşırıqları effektiv şəkildə prioritetləşdirmək və idarə etmə bacarığı
- Məsuliyyət və təşəbbüskarlıq
- Operativ və komanda ilə işləmə bacarığı
Təklifimiz:
- İş vaxtı: Bazar ertəsi-Cümə, 9:00 – 18:00
- Əmək haqqı: 600-800 AZN
Əgər özünüzü bu sahədə potensial namizəd hesab edirsinizsə,
taskilled.cm platformasinda ətraflı CV-nizi yaradın və proqrama müraciət edərək “Niyə Siz?” sualına cavab yazın. https://taskilled.com/internships/208
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...