Qısa məzmun
Ə/h 300-400 AZN. MG Consulting İT mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dili bilmək arzu olunandır.
İş barədə məlumat:
- İstifadəçi kompüterlərinə nəzarət və yaranan problemlərin həlli
- İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda yaranan problemlərin həlli
- Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək
- Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması
- Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək
- Aktual məlumatın rezerv surətini yaratmaq, informasiya və analitik hesabatları hazırlamaq
- Online tədbirlərin təşkili və keçirilməsi
Namizədə tələblər:
- Ali təhsil (İT üzrə olması arzu olunandır)
- Qeyd olunan sahədə ən azı 3 (üç) il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan (Rus və İngilis dili bilmək arzu olunandır)
- Windows server əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklərə sahib olmalı
- VLAN, VPN, DNS, Active Directory, Terminal Services, İSA server, Mail server üzrə nəzəri və praktiki bilikləri olmalı
- Şirkətdə printer, kamera və telefonların daimi işlək olmasını nəzarətdə saxlamaq
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
Əvvəlki təcrübə haqqında ətraflı məlumat və şəkil əlavə edilmiş CV, mövzu sətrində vakansiyanın adını qeyd edərək, 27 oktyabr 2020-ci il tarixinədək office@mgc.az email-nə göndərilməlidir.