Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Unibank İT Risklər üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Bank/Risklərin idarə edilməsi
Vəzifə: İT Risklər üzrə Mütəxəssis
Müqavilə şərtləri: Daimi
Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.
Başlıca öhdəliklər və məsuliyyətlər:
- Əsas İT sistemlər və informasiya infrastrukturunda yarana biləcək əsas risklərin aşkar edilməsi, analizi və qiymətləndirilməsi;
- Risklərin minimallaşdırılması üzrə tövsiyələrin hazırlanması.
Namizədin Profili:
- Ali təhsil (Tətbiqi riyaziyyat, İnformasiya Texnologiyaları, Fizika üzrə);
- İT Təhlükəsizlik və/ və ya İT sahəsində iş təcrübəsi;
- İSO 27000/27005 tələbləri barədə təsəvvürə malik olmaq arzuolunandır.
Aşağıda qeyd edilmiş hər hansı sahə üzrə biliklərin olması zəruridir:
- Windows, Linux əməliyyat sistemləri üzrə təməl biliklər;
- TCP/İP və UDP, Routing, FireWall, VPN, WiFi, VoİP (Voice over İP) protokol və şəbəkələrin quruluş və fəaliyyət prinsiplərini anlamaq;
- OSİ/DoD (TCP) modeli üzrə təməl anlayışa sahib olmaq;
- Kompyuter və şəbəkə təhlükəsizliyi, web- əlavələrinin və onların texnologiyalarının təhlükəsizliyi, kriptoqrafiya şifrələnməsinin əsasları prinsiplərini anlamaq;
- Təhlükəsizliyin təmin edilməsi üsullarının/müdaxilələrin aşkar edilməsi sistemlərinin iş prinsiplərini anlamaq (korporativ antiviruslar, WAF, IDS/IPS, UTM, NGFW və s.);
- Proqram təminatının hazırlanma prinsiplərini anlamaq;
- Əsas şəbəkə servislərini anlamaq (DNS, DHCP, NTP, SNMP və s.);
- Sadalanmış sertifikatlardan azı birinin mövcud olması arzuolunandır: CİSCO İT Essential, Comptia İT Fundamentals, CİSCO CCENT, CCNA, Comptia Network+, CISCO CyberOPS, Comptia Security +, Comptia CSA, ISACA CRISC, ITIL Foundation, ISACA COBIT 5.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (İT Risklər üzrə Mütəxəssis) göstərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...