Qısa məzmun
PASHA Insurance IT Risklərin İdarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə və Öhdəliklər:
- IT risklər üzrə risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
- Mütəmadi olaraq IT risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
- IT risklər üzrə risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
- IT risklərin qiymətləndirilməsini və təhlilini həyata keçirmək.
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- IT risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- IT risklər ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
- İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş IT insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
- Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
- IT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarət;
- Dəyişikliyin idarə olunması (change management) prosesində iştirak;
- Cəmiyyət tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Biliklər:
- Kompüter elmləri, İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya digər müvafiq sahələr üzrə təhsil;
- Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.
Təcrübə:
- Risklərin idarə edilməsi, İT risklərinin idarə edilməsi, İT audit və ya digər müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur.
Bacarıqlar:
- Təqdimat bacarıqları;
- Komandada işləmək bacarığı;
- Yaxşı ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşüncə;
- Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
- Stresə davamlılıq;
- Təşəbbüskarlıq;
- Məqsədyönlülük;
- Emosional stabillik və məsuliyyətli olmaq.
Son müraciət tarixi: 31 avqust
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...