İT Sahəsində Layihələrin İdarəedilməsi və Biznes Təhlili üzrə Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect İT Sahəsində Layihələrin İdarəedilməsi və Biznes Təhlili üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İT Sahəsində Layihələrin İdarəedilməsi və Biznes Təhlili üzrə Mütəxəssis

Şirkət : Azerconnect
Funksiya : İnformasiya Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 13 Avqust 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

İT Sahəsində Layihələrin İdarəedilməsi və Biznes Təhlili üzrə Mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz:

  • Biznes prosesləri və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatı ilə əlaqələrini anlamaq və sənədləşdirmək;
  • Təklif olunan layihələrin öhdəlikləri, nəticələri və risklərini optimallaşdırmaqda biznes istifadəçilərinə və İT rəhbərliyinə dəstək olmaq; istifadəçilərin və rəhbərliyin gözləntilərinin idarə ediməsində köməklik göstərmək;
  • Layihələrin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri / təchizatçıları koordinasiya etmək;
  • Bütün layihələrin vaxtında, öhdəliklər və büdcə çərçivəsində icrasını təmin etmək;
  • Gedişatı izləmək üçün ətraflı layihə planı hazırlamaq.

Vəzifənin tələbləri:

  • Ali təhsil (İnformasiya Texnologiyları üzrə təhsil üstünlük hesab olunur);
  • Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi (Layihənin idarə olunması / biznes təhlili sahəsində təcrübə üstünlük hesab olunur);
  • Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları;
  • Bir neçə tapşırıqla eyni anda çalışa bilmək, görüləcək işləri prioritetləşdirmək, kritik qərarlar qəbul etmək qabiliyyəti;
  • Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı;
  • Fasilələr yaranmasına baxmayaraq məhsuldar çalışa bilmək;
  • PMP/PRINCE II sertifikatının mövcudluğu arzuolunandır;
  • Azərbaycan və İngilis dillərini səlis, Rus dilini orda səviyyədə bilmək.

Müraciət etmək üçün

  • Müraciət etmək üçün bu linkə keçid alın.
    Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
    Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Senior Information Security Specialist

https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...

Access Bank

20.02.2025 - Bakı

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

20.02.2025 - Bakı

Proqram təminatı üzrə kiçik mühəndis

Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

12.02.2025 - Bakı

Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis

Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Yelo Bank

10.02.2025 - Bakı

QA Manager

Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelekom MMC

10.02.2025 - Bakı

Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik)

Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

10.02.2025 - Bakı

Aparıcı proqramçı (PL/SQL üzrə)

“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...

Rabitabank OJSC

06.02.2025 - Bakı

Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer)

Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

24.01.2025 - Bakı