Qısa məzmun
AzInTelecom MMC IT Support vakansiyasını elan edir.
“AzInTelecom” MMC IT Support vakansiyasını elan edir.
Şirkət haqqında: Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 22301, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.
Şöbə:
- Texnologiyalar departamenti/ Xidmət Əməliyyatları Mərkəzi
Tələb olunan bilik və bacarıqlar:
- Əsas şəbəkələr, transmissiya, transport avadanlıqları haqqında texniki biliyə malik olmaq;
- Şəbəkə texnologiyaları haqqında anlayış,
- Şəbəkə protokolları ilə işləmə təcrübəsi;
- VMWare Mobile Device Management, HP OpenView ServiceDesk kimi tətbiq sistemləri haqqında biliklər;
- Kompüter, hardware avadanlıqlarının işləmə mexanizmini yüksək səviyyədə bilmə və problem yaşandığı anda effektiv, səmərəli şəkildə nasazlıqları aradan qaldırmaq bacarığı;
- Ms Exchange Server, DNS, DHCP, Active Directory, GPO, FTP, SNMP • SMTP, HTTP, HTTPS, SSH;
- MS Office haqqında məlumat ;
- CCNA sertifikatları üzrə texniki biliyə, təcrübəyə və bacarığa malik olmaq;
- Şirkətdaxili prosesləri oxumaq, izləmək və öz təkliflərini ifadə etmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Şəbəkə Əməliyyatları Mərkəzi üzrə baş vermiş hadisələrin və qəza siqnallarının idarə edilməsi, müvafiq proses və əməliyyat tədbirləri vasitəsilə şəbəkələrin dayanıqlığının təmin edilməsi, o cümlədən qəza hallarının nəzarətə götürülməsi və həll edilməsi;
- Şəbəkə üzrə baş vermiş hadisələri təhlil edərək təsir səviyyəsinin müəyyən edilməsi, müəyyən edilmiş qəza prioriteti əsasında dəstək sənədləşməsinin (trouble ticket) aparılması və problemin təhlili üçün icraçıya yönləndirilməsi;
- İnteraktiv ünsiyyət, komanda şəklində çalışmaq qabiliyyəti və sənədlərin idarəolunması prosesləri vasitəsi ilə iş prosesinin təşkili;
- Şəbəkə avadınlıqlarının monitorinqi;
- Şəbəkədə və avadınlıqlarda baş verən alarm, nasazlıqları Layer1 səviyyəsində araşdırmaq;
- Müştərilərdən daxil olan sorğuları qəbul etmək;
- Müştərilərə ilkin texniki dəstək;
- Təhsili: Telekommunikasiya/IT sahəsində ali
- Dil bilikləri: Azərbaycan; rus və ya ingilis dilləri (sərbəst)
- İş təcrübəsi: Müvafiq sahədə 1-3 il iş təcrübəsi
- İş rejimi: Çoxnövbəli 24/7
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...