Qısa məzmun
Bank Respublika ASCİT təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabiliyyəti olmalıdır.
“Bank Respublika” İnformasiya Texnologiyaları sahəsi üzrə 3 aylıq “İT təcrübə” proqramına start verir.
Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən istedadlı, İnformasiya Texnologiyaları sahəsində baza biliklərə sahib olan gəncləri “İT təcrübə” proqramına qoşulmağa dəvət edirik.
Sizə nə vəd edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
- Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
- Ali təhsil (İT istiqamətləri üzrə təhsil arzuolunandır);
- Azərbaycan dili (əla), Rus dili, İngilis dili (yaxşı səviyyədə arzuolunandır);
- Analitik düşüncə qabiliyyəti;
- Məsuliyyətlilik, operativlik, dəqiqlik;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Gülərüzlülük, səbirlilik və məqsədyönümlülük;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
- İT təcrübə” qroqramına necə qoşulmaq olar?
- CV-nizi HR@bankrespublika.az ünvanına 25 avqust tarixinədək göndərmək;
- Emailin mövzu hissəsində proqramın adını “İT təcrübə” qeyd etmək.
- Öz bilik və təcrübəmizi Sizinlə bölüşmək arzusu ilə…
Oxşar vakansiya siyahısı:
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...