Qısa məzmun
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək. Ram Holding şirkəti İT Təhlükəsizlik İnzibatçısı vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: İngilis və rus dillərində sahə üzrə terminoloji biliklərin olması;
- Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyyat sistemləri üzrə anlayışlar;
- Penetration and vulnerability test haqqında minimal biliklər;
- Təhlükəsizlik planı, siyasəti və proseduru yazmaq anlayışları;
- Beynəlxalq İT standartları üzrə anlayışlar;
- SOC, SIEM, DLP və digər təhlükəsizlik sistemləri üzrə minimal anlayışlar.
Vəzifə öhdəlikləri:
- Holdinqin iformasiya təhlükəsizliyini qorumaq;
- Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsində iştirak etmək;
- İT fövqəladə hallar planı ilə işləmək;
- Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
- Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak edir;
- Təhlükəsizlik sistemlərini konfiqurasiya etmək, təhlükəsizlik tələblərini təhlil etmək və təkmilləşdirmələri tövsiyə etmək;
- Şübhəli davranış üçün şəbəkə trafikini izləmək;
- Şirkətin lokal şəbəkəsinin sxeminin hazırlanmasında iştirak edir;
- Firewall avadanlıqlarında icazələrin verilməsində iştirak edir;
- Periodik olaraq daxili və xarici penetration və vulnerability testlərini həyata keçirmək, təhdidləri müəyyən etmək və müdafiə etmək;
- Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Çalışacağınız ünvan: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında);
- Şirkət hesabına korporativ nömrə.