İT Təhlükəsizlik şöbə rəisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Rabitabank OJSC İT Təhlükəsizlik şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq standartlara uyğun olaraq Bankın komputer şəbəkələrində informasiya təhlükəsizliyini təmin etmək;
  • Bankda İT təhlükəsizliyi sahəsinə aid olan daxili standartların hazırlanması və onların tətbiqini təmin etmək, zəruri hallarda nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq;
  • Baş verən müxtəlif kibertəhlükəsizlik və kibercinəyatkarlıq hallarını, habelə digər insidentləri vaxtında müəyyən etmək, onların yaranma səbəblərini araşdırmaq və yeni təhlükələrdən qorunmaq üçün qabaqlayıcı tədbirlər planlaşdırmaq;
  • Şəbəkə təhlükəsizliyi avadanlıqlarının konfiqurasiyasını və mütəmadi monitorinq olunmasını təmin etmək;
  • Fövqaladə hallarda informasiya sistemləri üzrə fəaliyyətin davamlığını təmin etmək;
  • Bank heyətinə İT Təhlükəsizliyi haqqında zəruri məlumat və tələblərin çatdırılmasını təmin etmək, zərurət yarandığı halda müvafiq təlimlər keçirmək;
  • İT təhlükəsizliyi üzrə trendləri izləmək və qabaqcıl təcrübələrin tətbiqini təmin etmək.

Namizədə olan tələblər:

  • İT Təhlükəsizliyi üzrə beynəlxalq sertifikatları olanlara üstünlük verilir.
  • Müvafiq sahədə azı 4 il, rəhbər vəzifələrdə isə azı 1 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə tənzimləyici orqanların normativ sənədlərinin tələb və standartlarını bilmək;
  • Müvafiq təhlükəsizlik tədbirlərinin təşkil olunması sahəsində iş təcrübəsi;
  • Ali təhsil (Müvafiq sahə üzrə olanlara üstünlük verilir);
  • Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
  •  Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Yüksək kommunikasıya qabiliyyəti;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi keyfiyyətlərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Təhlükəsizlik şöbə rəisi” göstərməyiniz xahiş olunur

Oxşar vakansiya siyahısı:

Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer)

Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

24.01.2025 - Bakı

Senior Data Analyst

Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...

Yelo Bank

13.01.2025 - Bakı

İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis

Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...

Azərbaycan Hava Yolları QSC

08.01.2025 - Bakı

Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist)

Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...

Yelo Bank

07.01.2025 - Bakı

Senior Information Security Specialist

https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...

Access Bank

06.01.2025 - Bakı