Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerconnect LLC İT Test etmə üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. UNIX/Linux biliyi olmalıdır.
Şirkət : Azerconnect
Funksiya : İnformasiya Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 31 Avqust 2021
Müqavilə müddəti : Daimi
İT Test etmə üzrə Mühəndisi olaraq sizin vəzifə öhdəlikləriniz:
- Bütün yeni və mövcud tətbiqi proqramların, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək və yoxlamaq;
- Yeni və mövcud xidmət və proqramlar üçün ATP və UAT hazırlamaq və tətbiq etmək;
- Məhsul tələblərini təhlil etmək, test və istehsal mühitlərində tam dövrlü test ssenarilərini və test-keysləri hazırlamaq və həyata keçirmək;
- Test nəticələrini və məhsulun statusunu göstərən test hesabatları hazırlamaq.
Vəzifənin tələbləri:
- Ali təhsil (İnformasiya Texnologiyları üzrə təhsil üstünlük hesab olunur);
- Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi (telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur);
- Keyfiyyəti idarəetmə metodologiyalarını bilmək;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək;
- Başlan səviyyəsində SQL biliyi;
- HTML;
- UNIX/Linux biliyi;
- PL/SQL üzrə proqramlaşdırma biliyi;
- Müştəri Xidməti və Billiq tətbiqi proqramları üzrə təməl biliklər arzuolunandır;
- SQL üzrə təməl biliklər;
- Azərbaycan (Səlis), İngilis(orta) dillərini bilmək.
Müraciət etmək üçün:
Müraciət etmək üçün bu linkə keçid alın.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.