Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Group Motors İT üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bacarıqlar:
Windows Server
- Windows Server əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası, Active Directory və GPO
- Server rollarının və funksiyalarının konfiqurasiyası və idarə edilməsi (fail/print, DNS, DHCP və s.)
Şəbəkə
- Şəbəkə protokolları və topologiyaları
- Şəbəkə avadanlıqları ilə işləmə bacarığı (routerlər, açarlar, firewalllar və s.)
- Şəbəkə problemlərini həll etmək bacarığı
İT Helpdesk
- İstifadəçilərin müraciətlərinə cavab vermək və texniki problemləri həll etmək
- Proqram təminatı və aparat problemləri üçün texniki dəstəyin göstərilməsi
- Ticket sistemində qeydiyyatın aparılması
Əsas vəzifə öhdəlikləri:
- İT-şöbə rəhbərinin tapşırıqların vaxtında yerinə yetirilməsi;
- İstifadəçilərin xidmətlə bağlı sorğuların email;
- İşçi stansiyaların hazırlanması;
- Əməliyyat sistemləri və proqram təminatlarının quraşdırılması və yenilənməsi;
- İT-avadanlığın qoşulması;
- İT-avadanlığın profilaktikası;
- Server otaqları və İT-avadanlığın müvafiq təlimatlara əsasən reqlament yoxlamalarının həyata keçirilməsi;
- Fasiləsiz qidalanma mənbələrinin işinə nəzarət;
- Ofis texnikasının işinə nəzarət;
- Kompüter texnikası və digər İT-avadanlığın servis mərkəzlərinin dəstəyini tələb etməyən ilkin diaqnostikası və təmiri;
- Şəbəkənin quraşdırılması, dəstəklənməsi;
- İT-avadanlıq və sərfiyyat materiallarının anbarda saxlanılması, verilməsinin uçotu;
İş saatı:
- I-V: 9:00-17:00
- VI (növbəli) 10:00-14:00
- Ünvan: Xırdalan
- Əmək haqqı (1000AZN+) Razılaşma yolu ilə, təcrübə və ixtisasdan asılı olaraq.
Namizədlərə tələblər:
- Ali təhsil;
- Əlaqədar sahədə 3 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dili – sərbəst;
- Rus və ingilis dili – yaxşı səviyyədə.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “İT üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.