İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsi və monitorinqi şöbəsinin baş mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kapital Bank İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsi və monitorinqi şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • İT və İnformasiya təhlükəsizliyi üzrə risk qiymətləndirmələrinin həyata keçirilməsinə dəstək;
  • Uyğunsuzluqların aşkar olunması məqsədilə mütəmadi olaraq yoxlamaların aparılması;
  • İT və İnformasiya təhlükəsizliyi sahəsində siyasət və prosedurların hazırlanmasına və mövcud sənədlərin yenilənməsinə dəstək;
  • İnformasiya təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət;
  • Risklərin idarə edilməsi sisteminin davamlı inkişafına dəstək;
  • Risk idarəetməsi sahəsində daxili hesabatların hazırlanmasına dəstək;
  • Informasiya aktivlərinin təsnifatı prosesinin həyata keçirilməsinə dəstək;
  • Biznesin davamlılığının idarəedilməsi üzrə planların hazırlanmasında aidiyyatı strukturlara dəstək;
  • Şöbənin fəaliyyətinə aid digər funksiyaları həyata keçirmək.

Tələblər:

  • İT audit, İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində minimum 2 illik iş təcrübəsinin olması;
  • İT proseslər ilə əlaqəli sənədlərlə işləmək, yeni sənədlərin yaradılması və idarə olunması təcrübəsinin olması;
  • Risklərin idarə olunması sahəsində ümumi biliklərin olması;
  • İSO 27001, PCI DSS, COBIT, İTİL və s kimi standardlar haqqında ümumi biliklərin olması;
  • Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması;
  • İT üzrə ali təhsili, sistem, şəbəkə adminstratorluğu, Unix, Windows və s. əmliyyat sistemləri, Oracle, SQL bilikləri olanlara üstünlük verilir;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...