Qısa məzmun
Ə/h razılaşma yolu ilə. StudyLab İtalyan dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir.
Namizəddən mütləq tələblər:
- İtalyan dili üzrə ali təhsil. (Bakalavr dərəcəsi)
- Dil biliyini təstiq edən beynəlxalq sertifikat.
- Pedaqoji sahədə 1-3 illik iş təcrübəsi.
- Müxtəlif yaş qruplarına (5-11-ci sinif şagirdlərinə) tədris etmə bacarığı.
- Müasir təlim və metodlardan istifadə bacarığı.
- Xoş görünüş və şagirdlərlə yüksək səviyyədə ünsiyyət bacarığı.
Qeyd olunan tələblərə uyğun olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.
Vəzifə öhdəlikləri:
- Təyin olunan cədvələ əsasən dərslərin tədrisi.
- Şagirdlərin mütəmadi inkişaflarının izlənilməsi üçün imtahan suallarının hazırlanıb təqdim olunması.
- İtalyan dili fənni üçün tədris proqramının hazırlanması prosesində iştirak.
- Tələbələrin tədris keyfiyyəti və dərsə davamiyyəti haqda vaxtında rəhbərliyi məlumatlandırmaq.
- Nəticə yönümlü tədris mühitinin yaradılması.
İş haqda məlumat:
- Tam və ya yarım günü əhatə edən iş saatı.
- İş günü – 6 gün .
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun təyin olunacaq.
Qeyd: Uyğun namizədlər CV-lərini (PDF formada) elektron ünvanına “İtalyan dili müəllimi” başlığı ilə göndərə bilərlər.
Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...