Qısa məzmun
City Line Construction Junior İnteryer Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Memarlıq və İnşaat Universitetində, 3 və 4 cü kursda oxuyan tələbələrə təcrübə artırmaq üçün gözəl fürsət.
Vəzifə və Öhdəliklər:
- Layihələrin oxunması (memarlıq və konstruktiv hissə).
- Analiz və iş həcmlərinin çıxarılması. (BoQ)
- Ehtiyac yarandıqda layihədə müəyyən dəyişikliklərin edilməsi.
- Sahədə aparılan işlərin cizgilərə uyğunluğunun yoxlanılması.
Namizədlərə qarşı tələblər:
- Ali təhsil (Memarlıq və İnşaat Universiteti tələbələri nəzərə alınacaq)
- İşə məsuliyyətli və dəqiq yanaşma
- Detallara diqqət yetirmək bacarığı.
- Dil bilikləri: Azərbaycan və ingilis dili
- MS Office, AutoCad proqramlarında tam şəkildə işləmək bacarığı.
Tələbələrə imtahan və dərs zamanı icazə veriləcək.
Əmək haqqı razılaşma yolu ilə.
CV-lərinizi arzu olunan əmək haqqı qeyd edilmək şərti ilə göndərə bilərsiniz.