Qısa məzmun
Pasha Bank şirkəti Junior Product Owner / Digital Financing vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin məqsədi:
- Rəqəmsal faktorinq və ödəniş zəmanəti məhsul və əlaqədar prosesin yaradılması və həyata keçirilməsi;
- Müştərilərin cəlb edilməsini və gəlirli Rəqəmsal Kreditin satışını təmin etmək üçün backlogun hazırlanması və icrası.
- KOS müştərilərinə yeni məhsul və dəyərlər təklif edə bilmək məqsədilə bazar imkanlarını, bazardakı rəqabətin, müştərilərin ehtiyaclarının və kredit məhsullarından gözləntilərinin araşdırılması.
- Rəqəmsal faktorinq və ödəniş zəmanəti ilə bağlı proseslərlə bağlı biznes məqsədlərinin icrası.
Vəzifə öhdəliyi:
- Rəqəmsal kreditləşdirmə dəyər təklifi və biznes prosesi strategiyaları ilə bağlı işlərin işlənib hazırlanması və icrası
- Məhsul strategiyasının epic/tapşırıqlara çevirməsi və əldə olunan dəyərin maksimallaşdırılması istiqamətində prioritetləşdirilməsi;
- Prioritet epic/story-lərin həyata keçirilməsinə və satış üçün maneələrin aradan qaldırılmasına diqqət yetirmək.
- Məhsulun başdan-sona (e2e) dəyər təklifi, satış və icrasının təmin və idarə edilməsi
- Rəqəmsal Factoring və Ödəniş qarantiyası məhsullarının strategiyasının işlənib hazırlanır və biznes məqsədlərinə çatmaq üçün onun icrası; Rəqəmsal kreditləşmə prosesinin idarə edilməsi.
- Rəqəmsal Kreditləmə satışlarını artırmaqla KOS müştərilərinə rəqəmsal kreditləşdirmə məhsulları və xidmətlərinin müxtəlif, uyğunlaşdırılmış təkliflərini yaratmaq məqsədilə bankdaxili səmərəli əməkdaşlıq.
- Sənədlərin, kompüterlərin, faylların və bütün məxfi məsələlərin bankdaxili nəzərdə tutulduğu kimi müvafiq qaydada idarə olunmasını təmin etməklə həssas müştəri və bank məlumatlarının qoruyunması.
- Fırıldaqçılığın qarşısının alınması.
- Rəqabətlilik mənzərəsini başa düşmək və kredit biznesində bank imkanlarını müəyyən etmək üçün bazarın araşdırılması.
- Risklərin idarə edilməsi. Təhlükəsiz, sağlam və müştəri mərkəzli kreditləşdirmə təcrübələrini, davamlı risk modellərinin təkmilləşdirilməsini və rəqəmsal kreditləşdirmə standartlarının ümumi rəhbərliyinin təmin edilməsi.
- Bank prosedurlarına uyğunluq.
- Mütəmadi olaraq hesabat vermək və rəhbər tərəfindən verilən digər tapşırıqların icrası
Tələb olunan bilik, bacarıq və təcrübə:
- 1-2 il məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT)
- Güclü analitik və kredit risklərinin idarəedilməsi bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı
- Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı
- Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (maliyyə, əməliyyat, texnologiyaç risk, rəqəmsal firildaqçılıq, monitoring və s.)
- Komandada işləmə bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Konfliktlərin idarəedilməsi;
- Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;
- Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqların olması;
- Azərbaycan dili – səlis
- İngilis dili – orta (min. Intermediate)
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...