Qısa məzmun
Facemark.az Jurnalist vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Saytın bölmələri üzrə gündəlik yenilənməsini təmin etmək;
- Saytın bölmələri üzrə yerli və xarici informasiya mənbələrinin izlənilməsi;
- Biznes sahəsindəki şəxslər ilə müsahibələr hazırlamaq;
- Saytdakı bannerləri yeniləmək, reklam materiallarını vaxtında yerləşdirmək;
- Saytın sosial şəbəkələrdəki səhifəsini idarə etmək;
- Xüsusi araşdırma yazıları hazırlamaq;
- Biznes, marketinq video rubrikası üçün təkliflər, ssenari vermək
- Aylıq hesabat şəklində görülən işlərin təqdimatı
Vəzifə üzrə tələblər:
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, tapşırıqların vaxtında həlli;
- Biznes yönümlü təhsilin olması üstünlükdür;
- Jurnalistika üzrə təhsil alan namizədlər də dəyərləndiriləcəkdir;
- Sosial mediada aktivlik;
- Office proqramları biliyi;
- Azərbaycan dilində səlist yazma qabiliyyəti;
- Xarici dillərdən Rus və İngilis dillərində tərcümə etmə bacarığının olması üstünlükdür;
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 18:00
- İş günü 5 gün (2 həftədən bir şənbə günü yarım gün)
- Əmək haqqı : 500 azn (namizədlərə görə müzakirə edilə bilər)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 aprel 2021-ci il tarixinədək info@facemark.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontent yaradıcısı
Kontakt Home Kontent yaradıcısı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kopirayter Olivia (Kosmetika və özünə baxım)
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kopirayter
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontent üzrə mütəxəssis
Kontakt Home Kontent üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...