Kəşfiyyatçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qaya Safety Solutions Kəşfiyyatçı vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Minatəmizləmə qrupu tərəfindən müəyyən edilmiş və işarələnmiş partlamamış hərbi sursatların koordinatlarını toplamaq və nəzarət etmək;
  • Təmizləmənin gedişatının xəritələşdirilməsinə və xəritəçəkmənin tamamlanması, hazırlanmasında iştirak etmək;
  • Minalardan Təmizləmə Qrupu ilə təhlükəli ərazilərdə kəşfiyyatın aparılması və işarələnməsini həyata keçirilməsi;
  • Kəşfiyyat aparılması metodları və texniki avadanlıqlardan düzgün istifadə üzrə təlimin keçilməsi;
  • Kəşfiyyat və Minatəmizləmə Qruplarına monitorinq aparılması və dəstək göstərilməsi;
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Cəmiyyətin digər
  • strukturlarından zəruri məlumat və sənədləri sorğulamaq;
  • Layihə üzrə aparılan işlərin, daxil olan məlumatların Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
  • Konfidensial məlumatların məxfiliyinin qorunması;
  • Əmək funksiyalarına uyğun görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə menecerinə (onun tələbinə əsasən) məlumat vermək;
  • Şöbə rəhbəri tərəfindən verilən tapşırığları yerinə yetirməsi.

İş şəraiti:

  • İş yeri: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində;
  • İş qrafiki 6 gün (qısadılmış);
  • Gündə 3 dəfə yemək ilə təmin edilmə;
  • Yaşayış yeri ilə təmin edilmə;
  • AR qanunvericiliyinə uyğun sənədləşmə;
  • Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
  • Zəngin iş təcrübəsi qazanmaq imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq üçün şərait;
  • Daha ətraflı məlumat müsahibə zamanı veriləcək.

Namizədə tələblər:

  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi, təşkilatın missiyasına sadiqlik;
  • İxtisas tələbləri: Minatəmizləmə axtarışlarının aparılmasında və kəşfiyyatın planlaşdırılmasında minimum 2 il təcrübə;
  • İngilis dili biliyi arzuolunandır;
  • Açıq sahə şəraitində və ölkədaxili ezamiyyətlərə hazır olmalı;
  • GPS RTK sistemlərinin istifadəsi və saxlanılması üzrə təcrübə;
  • Qoyulan vaxt cədvəlləri ilə işləyə bilməli;
  • Hərbi xidmətdə istehkamçı vəzifəsində olan namizədlərə üstünlük veriləcək.

Elektron poçtun “Mövzu” yerinə “Kəşfiyyatçı” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

Videomonitorinq üzrə mütəxəssis

Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

30.10.2024 - Bakı