Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Microtech LLC Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Əmək məcəlləsi üzrə biliklər tələb olunur.
İşin təsviri:
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
- Elektron Hökumət Portalında işə qəbul, işdən azad və vəzifə dəyişikliyini etmək;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
- Məzuniyyət qrafiklərinin, kadrlar əmrlərinin tərtib edilməsi;
- Dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması;
- İşəqəbul testlərini həyata keçirmək;
- Vakansiyalara uyğun namizədlərin seçilmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
- Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, sınaq müddətlərini izləmək;
Tələblər:
- Ali təhsil;
- İnsan resursları sahəsində ən azı 2 il iş təcrübəsi;
- Əmək məcəlləsi üzrə biliklər;
- MS Office proqramları üzrə biliklər;
- Azərbaycan dili (yüksək səviyyədə), Rus dili ;
- Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Kadrlar üzrə mütəxəssis” yazaraq cv@microtech.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...