Qısa məzmun
Azərpambıq ASK MMC Kadrlar üzrə müfəttiş-tabelçi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir:
- Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD sisteminə yerləşdirilməsi;
- Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması, Cəmiyyəti aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD sisteminə yerləşdirilməsi;
- əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron hökumət portalına (e-gov.az) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi;
- İşçilərin şəxsi işçilərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi;
- sadə formada və xüsusi proqram vasitəsi ilə işçilərin iş vaxtının uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi;
- Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya ERP sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması;
Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi.
Tələblər
- Ali təhsil ( Müvafiq sahə üzrə)
- İş təcrübəsi 1 ildən 3 ilə qədər
- Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək
- Cəmiyyətin kadr işləri ilə əlaqədar əsasnamə, təlimat və digər rəhbər sənədləri; kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini; işçilərin işə qəbulu və işdən çıxarılması haqqında qüvvədə olan qanunvericiliyi;
- kadrların seçilməsi və düzgün yerləşdirilməsini; əmək qanunvericiliyinin əsaslarını;
- kadrların ixtisas və professionallığının artırılması üsullarını; əmək kitabçalarının, şəxsi işlərin aparılması, pensiyaların təyin edilməsi üzrə lazımı sənədlərin tərtib edilməsini; kadr axınının səbəblərinin öyrənilməsi və onların aradan qaldırılması üsullarını;
- əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...