Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AzeriMed LLC Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Problemləri təhlil və həll etmə bacarığı olmalıdır.
Tələblər :
- Ali təhsil;
- Yaş həddi : 25-40
- İş təcrübəsi: minimum 3 il (İstehsalat təcrübəsi üstünlükdür)
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;
- Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliklərin olması;
- Microsoft Office (Word, Excel) kompüter proqramlarından istifadə etmək bacarığı;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları: (işə qəbul,xitam,vəzifə dəyişiklikləri,analıq məzuniyyəti,müavinətlər,əmək haqqı hesabalama,xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)
- Stresə davamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli;
- Problemləri təhlil və həll etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi işlərini formalaşdırıb qaydaya salmaq, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını yerinə yetirmək;
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlər aparmaq, onları qorumaq, əmək stajını hesablamaq, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışlar vermək;
- İşçilərə məzuniyyətlərin verilməsi uçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və s.
- Məzuniyyət, xəstəlik və ya analıq vərəqələrinə əsasən müvafiq hesablamaları təşkil və nəzarət etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasını təmin emək;
- Əmək haqqına dair bütün hesablamaların aparmaq və hesabatları tərtib etmək;
Əmək şəraiti :
- İş saatları: 1-5 günlər saat 09:00-18:00, ayın bir şənbə günü: 09:00-14:00
- İstirahət günü: həftənin 2 (iki) günü
- İş yeri : Bakı şəhəri, Nərimanov ray, Əhməd Rəcəbli küç (Şəki restoranının yaxınlığı) Tibbi Market;
- Əmək haqqı: namizədin bilik və bacarığına mütənasib olaraq təyin olunacaq
Müraciət etmək üçün CV-lərinizi “Kadrlar üzrə mütəxəssis” başlığı altında cv@azerimed.com elektron poçtuna göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...