Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
MKT-İK MMC (Pambıq müəssisəsi) Salyan, Neftçala, Bilsəuvar, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Zərdab, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Goranboy, Yevlax, Filiallarına Kadrlar üzrə mütəxəssis vakansiyasına işçi axtarır.
Vəzifə funksiyaları:
- Müəssisənin işə qəbul proseduruna uyğun yeni iş elanlarının yerləşdirilməsi, işə müraciət edən namizədlər ilə müsahibələrin təşkil edilməsi və uyğun namizədlərin işə qəbul edilməsi;
- İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
- İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
- İşçilərin Davamiyyət jurnalına nəzarət edilməsi;
Tələblər:
- Ali təhsilin olması;
- Kadrlar üzrə mütəxəssis olaraq minimum 1 illik iş təcrübəsi.
- Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
- Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
- MS Office proqramları bilikləri;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- 1C proqram biliyi arzu olunandır;
İş qrafiki: 6 günlük, I – V 09:00-17:00, VI 09:00 – 14:00
Müraciət qaydaları:CV –ni Azərbaycan dilində career@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Regionlarda Kadrlar üzrə mütəxəssis” yazmaqla müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...